Xəbər lenti

DÇ-2026: Messi het-trik, Holand dubl etdi
İdman 08:40 17.06.2026

DÇ-2026: Messi het-trik, Holand dubl etdi

Futbol üzrə dünya çempionatı davam edir. Ötən axşam Norveç İraqla qarşılaşıb.

Qaynarinfo-nun məlumatına görə, Boston stadionunda keçirilən I qrupunun matçında avropalılar 4:1 hesablı qələbəyə seviniblər.

Norveçin qollarını Erlinq Holand (29, 43), Leo Estiqor (76) və Ayman Husseyn (90+6-avtoqol) vurublar. İraqın heyətində isə yeganə qol Ayman Husseynin (39) ayağına yazılıb.

Argentina isə Əlcəzairə qalib gəlib. Kanzas stadionunda keçirilən J qrupunun matçında Argentina 3:0 hesabı ilə qələbə qazanıb.

Hər üçün qol komandanın lideri və kapitanı Lionel Messinin aktivinə yazılıb. O, 17, 60 və 76-cı dəqiqələrdə diqqət mərkəzinə düşüb.
--> -->