Xəbər lenti

Baş məşqçi:
İdman 13:10 17.06.2026

Baş məşqçi: "Messini təsvir etməyə sözüm yoxdur"

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni dünya çempionatının ilk turunda Əlcəzairə qarşı keçirilən oyunda Lionel Messinin çıxışı barədə danışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə FİFA-nın saytı məlumat yayıb.

"Mənim sadəcə Messini təsvir etməyə sözüm yoxdur. Artıq 20 ildir ki, o bizə belə şeyləri görməyə öyrəşdirib və onun oyunu hər kəsi ilhamlandırır. Biz oyundan oyuna irəliləyəcəyik. Komanda razıdır; bir çox futbolçuya oyun vaxtı verdik. Ümid edirəm ki, növbəti matçı uda biləcəyik ki, qrup mərhələsinin üçüncü oyununda hamı şans qazana bilsin", deyə Skaloni bildirib.

Qeyd edək ki, Kanzas-Sitidəki "Arrowhead” stadionunda keçirilən görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Messi het-trik edib və dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub. O, almaniyalı Miroslav Klozenin rekordunu təkrarlayıb.

Bu qələbədən sonra Argentina üç xal toplayaraq J qrupunda birinci pillədə qərarlaşıb. 

Aydın
--> -->