"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, bu dəfə ən yaxşı nəticəni "Rodin Motorsport"dan Martinius Stenşorne göstərib.
"Rodin Motorsport"dan Aleks Dann ikinci, "İnvicta Racing"dən Rafael Kamara üçüncü olub.
14.43
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci sıralama turu başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, ən yaxşı nəticəni "Rodin Motorsport"dan Aleks Dann göstərib.
Bu gün ikinci dərəcələrin pilotların daha bir sıralama turu da gerçəkləşəcək.
Daha əvvəl "Formula 2"-dəki sərbəst yürüşdə "Art Grand Prix" komandasından Kuş Maini ən yaxşı nəticəni göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
Şərhlər