Xəbər lenti

"Real Madrid" onun transferini açıqladı
İdman13:40 17.06.2026

"Real Madrid" onun transferini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Real Madrid” portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva ilə iki illik müqavilə imzaladığını elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Real Madrid” klubu açıqlama yayıb.
31 yaşlı futbolçu azad agent kimi İspaniya klubuna transfer olunub.
Qeyd edək ki, o, karyerasının son doqquz ilini "Mançester Siti”də keçirib. Silva hazırda Portuqaliya millisi ilə dünya çempionatında iştirak edir.