İdman 13:24 26.11.2021

DÇ-2022: Bu gün pley-off mərhələsinin püşkü atılacaq

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Qaynarinfo xəbər verir ki, tədbir bu gün İsveçrənin Sürix şəhərində Bakı vaxtilə 20.00-da gerçəkləşəcək.

Komandalar iki səbətə bölünüb. Qrup qalibləri arasında ən yaxşı göstəriciyə malik komandalar səpələnmişlər sırasında yer alıb. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər. Digər qrup ikinciləri və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər səbətində qərarlaşıb.

Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi səpələnməmişlər səbətində yer alır.
 
Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24-25 martda, final matçları isə 28-29 martda baş tutacaq.

Səpələnmişlər

Portuqaliya
Şotlandiya
İtaliya
Rusiya
İsveç
Uels

Səpələnməmişlər

Türkiyə
Polşa
Şimali Makedoniya
Ukrayna
Avstriya
Çexiya
 
Səbuhi Həsənov