İdman 11:52 23.09.2021

Daha bir ulduz Qətərə getdi

"Evertona"dan ayrılan Xames Rodrigesin yeni klubu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, kolumbiyalı ulduz karyerasını Qətər təmsilçisi "Əl-Rayyan"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rodriges Premyer Liqa təmsilçisinin baş məşqçisi Rafael Benitezin planlarına daxil olmadığı üçün belə addım atmaq qərarına gəlib. 

Futbolçu tibbi müayinədən keçmək və müqaviləsinin son detallarını razılaşdırmaq üçün bazar ertəsi Qətərə yollanıb. "Everton"da ilinə yeddi milyon avro qazanan "Real"ın sabiq oyunçusu yeni klubu ilə 1 mövsümlük müqavilə bağlayıb.

DÇ-2014-dən sonra ulduzu parlayan futbolçu "Everton"a qədər, "Porto", "Monako", "Real", "Bavariya" kimi klublarda çıxış edib.

Səbuhi Həsənov