Xəbər lenti

DÇ-2026: Azərbaycan bu gün Fransa ilə qarşılaşacaq
İdman 09:52 10.10.2025

DÇ-2026: Azərbaycan bu gün Fransa ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.

Qaynarinfo xəbər verir ki, D qrupunda yer alan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Parisdə Fransa yığması ilə qarşılaşacaq.

"Park de Prins" stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.

Qeyd edək ki, Fransa millisi 6 xalla qrup lideridir. İslandiya 3 xalla ikinci pillədə qərarlaşıb. Ukrayna və Azərbaycan yığmaları isə hərəyə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü pillələri bölüşür.

DÇ-2026
Seçmə mərhələ
D qrupu, III tur

10 oktyabr
22.45 Fransa - Azərbaycan 
Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff.
VAR: Tom Harald Hagen.
AVAR: Siqurd Krinqstad.
"Park de Prens", Paris.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->