Xəbər lenti

Tofiq Musayev vitse-prezident oldu
İdman 12:18 07.12.2025

Tofiq Musayev vitse-prezident oldu

Dekabrın 6-da Azərbaycan MMA və Qrapplinq Federasiyasının ümumi yığıncağı keçirilib.

Yığıncaqda federasiyasının İdarə Heyətində dəyişiklik edilib. Səsvermənin nəticələrinə əsasən, MMA döyüşçüsü Tofiq Musayev federasiyanın vitse-prezidenti seçilib.

Qaynarinfo xəbər verir ki, Tofiq Musayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Federasiyanın prezidenti Azad Əsgərov da çıxışında qurumun inkişafı üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->