Xəbər lenti

İdman 15:50 27.07.2023

De Xea Almaniya yolunda

"Bavariya" yeni mövsümöncəsi heyətini gücləndirmək niyyətindədir.

Qaynarinfo-nun məlumatına görə Münhen təmsilçisi baş məşqçi Tomas Tuxelin istəyi ilə hazırda klubsuz olan ispan qapıçı David de Xeanı transfer etmək istəyir. 

Məşhur alman nəşri "Bild"in məlumatına görə "Bavariya"nın baş məşqçisi Tomas Tuxel zədəsi səbəbindən mövsümün startını buraxacaq Manuel Noyerə alternativ axtarır və onun yerini uyğun oyunçu ilə doldurmaq istəyir. Bu səbəbdən onlar məhz De Xeanın üzərində dayanıb.

32 yaşlı təcrübəli qolkiper 12 mövsümdür qapısını qoruduğu Mançester təmsilçisi ilə yeni müqavilə məsələsində razılığa gələ bilmədiyi üçün oradan ayrılıb. "Bavariya” rəsmilərinin Xeanın menecerini transfer şərtləri ilə bağlı məlumatlandırdığı bildirilib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->