Siyasət 12:16 03.08.2020

Deputat: "Bəzi qruplar hakimiyyəti tənqid etmək üçün milli manafeyi də qurban verirlər"

Hər dəfə ya uğurlarımız ya da itkilərimiz olandan sonra saxta müxalifətçilər, stampli ziyalılar ortaya düşüb hansısa qüvvələr vasitesile pul müqabilində ordumuza ləkə atmağa başlayırlar.

Bu insanlar bilərəkdən, ya da bilməyərəkdən erməniyə xidmet edirler.

Bu saxta, stampli, dırnaq arası ziyalılar bir dəfə də olsun dövlətin her hansı bir qurumuna işlərini daha yaxşı görmək üçün təkliflər göndərməyib. İşləri- gücləri ancaq sifariş əsasında yersiz tənqidler səsləndirərək sadə vətəndaşları çaşdırmaqdır. Ordu ile bağlı deyilən hər söz çox ehtiyatla səsləndirilməlidir. Deyilen hər söz birinci növbədə erməni mətbuatının işinə yarayır. Bu stamplı saxta ziyalilar erməni metbuatının ulduzlarına çevriliblər. Budurmu vətənpərvərlik?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, ordu hər bir dövlət üçün ən həssas və toxunulmaz məsələlərdən biridir: "Dünyanın hər yerində bu belədir. Hər bir vətəndaş bu məsələdə diqqətli olmalıdır. Təəssüf ki, həmişə olduğu kimi, bugünlərdə müəyyən qüvvələr ətraflı məlumatları olmayan məsələlərlə bağlı fikirlər irəli sürür, yanlış məlumatlar yayır, ictimai rəyi çaşdırır və bununla da düşmən dəyirmanına su tökürlər. Bu məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır, konkret hədəf və məqsədlər daşıyır. Bunları yaymaqla düşmənin məqsədinə çatmasına kömək etmiş oluruq. Düşmən məkrli və hiyləgərdir, ictimai rəyi öyrənib, bu məlumatlardan böyük məharətlə əleyhimizə istifadə edir".

Deputat qeyd edib ki, bir çox hallarda bu addımlar məqsədli və qərəzli şəkildə edilir:

"Bəzən ordumuzu gözdən salamağa, onun nüfuzuna xələl gətirməyə ciddi cəhdlə çalışırlar.Dünən Müdafiə Nazirliyi də bu barədə ətraflı məlumat yaydı. Bu kimi halların yolverilməz olduğu xüsusi vurğulandı. Bu yanaşma şəhidlərimizin ruhuna da hörmətsizlikdir, onların ruhunu da incidir. Təhlillər göstərir ki, bu kimi məlumatların yaılması əsasən xaricdən idarə olunur. Bəzi qruplar hakimiyyəti tənqid etmək, müəyyən məqsədlərə nail olmaq üçün milli manafeyi də qurban verirlər. Dünyanın heç bir yerində belə hal yoxdur. Ümummilli məsələdə hamı vahid mövqe nümayiş etdirməlidir.
Unutmayaq ki, hazırda ölkəmiz ciddi informasiya müharibəsi ilə də üz-üzədir. Düşməm mətbuatı, sosial şəbəkələri diqqətlə izləyir, vəziyyətə uğyun yeni dezinformasiyalar düşünür. Ona görə hər birimiz diqqətli olmalıyıq. Dəqiqləşdirilməmiş heç bir məlumatı yaymamalı, rəsmi mənbələrə istinad etməliyik. Bununla milli təhlükəsizliyimizi qoruya bilərik".