Diversantların İrəvana təhvil verilməsi prosesində elə məsələlər var ki... (ŞƏRH)

Diversantların İrəvana təhvil verilməsi prosesində elə məsələlər var ki... (ŞƏRH)

"Yaxın dövrdə Kəlbəcər və Laçın rayonları üzrə mina xəritələrinin ermənilər tərəfindən Azərbaycana təhvil verilməsinin şahidi ola bilərik”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev növbəti mərhələdə daha hansı rayonların mina xəritələrinin Azərbaycana təhvil verilə biləcəyi məsələsinə toxunarkən deyib. Həmsöhbətimiz bildirib ki, Kəlbəcərə minaları ermənilər qaçhaqaçda necə gəldi basdırıblar: 
 
"Ağdam üzrə verdikləri mina xəritəsinin yarısı saxta idi. Cəbrayılda Azərbaycan özü bu prosesi artıq başa çatdırmaq üzrədir. Digər rayonlarda, Hadrut və Şuşada minalanmış sahələr o qədər də yoxdur. O mənada yoxdur ki, Azərbaycan Ordusu həmin əraziləri azad edən ərəfədə ermənilər bu rayonları minalaya bilməmişdilər. Mina xəritələrinin verilməsi, əvəzində həbs edilən erməni diversantların İrəvana təhvil verilməsi prosesində elə məsələlər var ki, açıqlanmır. Diversant əsirlərin əvəzində nələri istədiyimiz, nələri aldığımız ola bilər tam şəkildə elan olunmur. Yəni tək mina xəritələrinə görə erməni diversantlar təhvil verilməz. Bu prosesin arxasında ola bilər başqa məqamlar da var. Bəlkə də həyata keçirilən bu prosesin tam detalları 30-40 ildən sonra məlum olacaq”. 
 

Ümumiyyətlə, C. Nuriyevin fikrincə, ermənilərin mina xəritələrini verib-vermədikləri Azərbaycanı o qədər də maraqlandırmır: 

"Azərbaycan Prezidenti bölgələrə dünənki səfərində bir çox məsələləri konkretləşdirdi. Qalib ölkə kimi şərtləri Azərbaycan diktə edir. Əsas önəmlisi odur ki, Paşinyan sülh müqaviləsini imzalamaq istədiyini bəyan edib. Sülh müqaviləsinin imzalanması ilə İrəvan avtomatik olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bakının istədiyi də budur”.

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X