Xəbər lenti

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvət əməliyyatı: Saxlanılanlar var (YENİLƏNİB)
Ölkə 15:38 23.04.2026

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvət əməliyyatı: Saxlanılanlar var (YENİLƏNİB)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir rayon şöbəsində əməliyyat keçirilib.

Qaynarinfo xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Ağdaş rayon şöbəsində keçirilən əməliyyat zamanı qurumun vəzifəli şəxsləri saxlanılıb.

Onların Bakıya gətirildikləri, barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndəriləcəyi bildirilir.
 
15.23

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı, Qaradağ və Cəbrayıl rayon şöbələrində əməliyyat keçirilib.

Qaynarinfo xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb. 

Onlar rüşvət almaqda ittiham olunur.


--> -->