Xəbər lenti

Bələdiyyə sədri:
Ekonomiks 12:58 23.04.2026

Bələdiyyə sədri: "Müraciət etmədiyimiz qurum qalmayıb, Horadizdə hələ də islahat getmir"

"Biz xəritə üçün müraciət etmədiyimiz qurum qalmayıb. 2016-cı ildən başlanılan xəritələşmə hələ də bizə təqdim olunmayıb".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə "Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi" mövzusunda keçirilən konfransda Horadiz bələdiyyəsinin sədri Turan Nəbiyev deyib.

Bələdiyyə sədri bildirib ki, bu ciddi problemdir:

"Mən şəhid ailəsinə qazilərə xəritələrlə bağlı problemi təkrar deyəndə yalançı kimi tanınıram. Sizdən xahiş edirəm, aidiyatı orqanların qarşısında məslə qaldıraq. Hər bir bələdiyyənin xəritəsi təqdim olunsun. Biz vergi sistemini qura bilmirik. Horadizdə hələ də islahat getmir. Əhalinin böyük bir hissəsi tikinti aparıb. Biz onların bələdiyyə və ya dövlət torpağı olduğunu bilmirik. Yaşıllaşdırma üçün ağac əkirik. Sonra məlum olur ki, bu bələdiyyə torpağı deyil hansısa bir müəssisənin torpağıdır".

Vüqar
--> -->