Xəbər lenti

Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Ölkə 14:14 23.04.2026

Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid

"Dünyanın inkişaf etmiş ölkələrində bağcalarda tərbiyyəçilər kişilərdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Etibar Əliyev bağçaların fəaliyyətindən danışarkən deyib.

Etibar Əliyev Azərbaycanda məktəbəqədər təhsilin mövcud vəziyyəti və bağçalardakı kadr siyasətini tənqid edib. O, ölkədə fəaliyyət göstərən bağçalarda kişi tərbiyəçilərin olmamasını diqqətə çatdıraraq bu sahədə gender balansının pozulduğunu bildirib.

Ekspertin sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil müəssisələrində kişi tərbiyəçilərin iştirakı normal və geniş yayılmış haldır. Lakin Azərbaycanda bu praktikaya rast gəlinmir:

"Dünyanın inkişaf etmiş ölkələrində bağçalarda tərbiyəçilər kişidir. Azərbaycanda isə məktəbəqədər təhsilin vəziyyəti ürəkaçan deyil. Biz bunu dəfələrlə deyirik, müzakirələr aparırıq. Lakin sistemli dəyişikliklər müşahidə olunmur".



Etibar Əliyev həmçinin məktəbəqədər təhsildə kurikulumların və müəllim hazırlığının vəziyyətini də tənqid edib.  Onun fikrincə, bu sahədə keyfiyyət ciddi şəkildə zəifdir və islahatlara ehtiyac var. 

Sabiq deputat qeyd edib ki, hazırda məktəbəqədər təhsil  müəssisələrində çalışan tərbiyəçilərin böyük hissəsi orta ixtisas təhsilli şəxslərdir:

"Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllimlərin təxminən 70 faizi kollecləri bitirənlərdir. Uzun illərdir bu sahədə  müzakirələr aparılsa da, vəziyyət əsaslı şəkildə dəyişmir. Xüsusilə rayonlarda durum daha da ağırdır. Uzun illərdir ki, biz məktəbəqədər  təhsilin inkişafı ilə bağlı təkliflər irəli sürürük. Lakin təkliflərimiz dəyərləndirilmir”

Bahar Rüstəmli

--> -->