Xəbər lenti

Bugünkü əməliyyatda saxlanılanların adları açıqlandı (YENİLƏNİB)
Ölkə 17:17 23.04.2026

Bugünkü əməliyyatda saxlanılanların adları açıqlandı (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirib. 

Qaynarinfo xəbər verir ki, "Qafqazinfo” əməliyyat nəticəsində ittiham verilən şəxslərin adlarını öyrənib.

Bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini - Niyam Mədətsoyludur. Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir.

Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.
 
15.58

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir rayon şöbəsində əməliyyat keçirilib.

Qaynarinfo xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Ağdaş rayon şöbəsində keçirilən əməliyyat zamanı qurumun vəzifəli şəxsləri saxlanılıb.

Onların Bakıya gətirildikləri, barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndəriləcəyi bildirilir.
 
15.23

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı, Qaradağ və Cəbrayıl rayon şöbələrində əməliyyat keçirilib.

Qaynarinfo xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb. 

Onlar rüşvət almaqda ittiham olunur.


--> -->