Xəbər lenti

İdman 13:10 20.07.2019

"Dundalk" - "Qarabağ" oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Dundalk” (İrlandiya) - "Qarabağ" (Azərbaycan) oyununun hakimləri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, UEFA qarşılaşmanı polşalı hakimlər briqadasına tapşırıb.

Matçı FIFA referisi Bartoş Frankovski idarə edəcək. Ona Marçin BonyekYakub Vinkler yardımçı olacaq. Dördüncü hakim funksiyasını Daniel Stefanski yerinə yetirəcək.

Görüşün hakim-inspektoru isveçli Peter Froydfeldt, UEFA nümayəndəsi lüksemburqlu Şarl Şak olacaq.

Baş hakim Bartoi Frankovski Azərbaycan üçün tanış sayıla biləcək referidi. Belə ki, 32 yaşlı referi 2016-cı ildə Bakıda keçirilən Avropa çempionatının final mərhələsinin Azərbaycan - Portuqaliya oyununu idarə edib. Qrup mərhələsində baş tutan oyunda portuqaliyalılar 5:0 hesablı qələbə qazanıb. Portuqaliya sonda Avropa çempionatının qalibi olub.

Referi 2017-ci ildə keçirilən Avropa çempionatının seçmə mərhələsinin Norveç - Azərbaycan oyununa 4-cü hakim kimi təyinat alıb. Bu görüşdə millimiz 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, iyulun 24-də "Oriel Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22.45-də başlayacaq. Cavab qarşılaşması isə iyulun 31-də "Dalğa Arena”da baş tutacaq cə saat 21.00-da start götürəcək. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->