Xəbər lenti

Dünyada Bitcoin üzündən ilk ölüm faktı qeydə alındı
Ekonomiks 13:00 25.07.2021

Dünyada Bitcoin üzündən ilk ölüm faktı qeydə alındı

Dünyada bitkoin mayninqi səbəbiylə ilk ölüm qeydə alınıb: Taylanddan olan 26 yaşlı Danai Makmek kriptovalyuta almağa çalışarkən həyatından olub.


Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, Makmek çoxsaylı ventilyatorların köməyi ilə güclü bir mayninq sistemi qurub. Bir gün cihaz sıradan çıxıb.

Sonra o, qardaşından avadanlıqların xarab olması səbəbindən "qazancını" itirməmək üçün onun təmirinə kömək etməsini istəyib.

 

Qardaş razılaşıb və sabah ustayla gələcəyinə söz verib. Lakin Makekin gözləməyə səbri çatmayıb və özü təmirə başlayıb. Ehtimal olunur ki, təmir zamanı onu elektrik cərəyanı vurub. İyulun 21-də qardaşı kompüter ustası ilə evinə gələndə qardaşının cəsədiylə qarşılaşıb.

 

Gələn həkimlər və polislər kişinin öldüyünü bildiriblər. Otaqda soyğunçuluq əlamətləri olmayıb, mərhumun bədənində xəsarət qeydə alınmayıb. Polis Makeki elektrik cərəyanı vurduğunu düşünür. Faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, Cambridge Universitetinin daha əvvəl apardığı bir araşdırma, bitkoinlərin hasilatı zamanı hər il təqribən 121,36 terawatt-saatın (TWh) istehlak edildiyini, bunun isə Argentina, Hollandiya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin elektrik istehlakını üstələdiyini göstərir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->