Dünyada koronavirusa yoluxanların və ölənlərin son statistikası

Dünyada koronavirusa yoluxanların və ölənlərin son statistikası

Koronavirus (COVİD 19) infeksiyasına dünyada yoluxma və bu virusdan ölüm sayı artmaqda davam edir. 

Qaynarinfo xəbər verir ki, son 24 saatda daha 51781 nəfər virusa yoluxub. Bununla dünya üzrə koronavirusa yoluxanların sayı 522749 nəfərə çatıb.

Son 24 saatda 2345 nəfər dünyasını dəyişib. Dünya üzrə ölənlərin sayı 23621 nəfərə yüksəlib.

İndiyədək koronavirusa yoluxanların 123322 nəfəri sağalaraq xəstəxanalarsan buraxılıb. Hazırda dünya üzrə 375806 nəfər müalicə olunur ki, bunlardan da 19250 nəfərin vəziyyəti kritikdir.

Son 24 saatda ən çox ölüm faktı İtaliyada qeydə alınıb - 712 nəfər.  İspaniyada 498, Fransada 365, İranda 157, ABŞ-da 116, Böyük Britaniyada 115, Niderlandda 78, İsveçrədə 38, Almaniyada 33, Belçikada 42 nəfər ölüb.

İndiyədək ən çox ölüm faktı İtaliyada qeydə alınıb. Bu ölkədə koronavirusa yoluxan 80589 nəfərdən 8215 nəfəri dünyasını dəyişib.

İspaniyada 56197 nəfərdə virus aşkarlanıb. Bunlardan 4145 nəfəri vəfat edib.

Gn çox yoluxma virusun mənbəyi hesab olunan Çində qeydə alınıb. Bu ölkədə 81285 nəfər virusa yoluxub ki, onlardan 3287 nəfər ölüb. 

İranda 2234, Fransada 1696, ABŞ-da 1143, Böyük Britaniyada 578, Niderlandda 434, Belçikada 220, Almaniyada 239, İsveçrədə 191, Cənubi Koreyada 131 nəfər dünyasını dəyişib.

Son 24 saatda ən çox yoluxma ABŞ-da qeydə alınıb - 10871 nəfər. İspaniyada 6682, Almaniyada 6323, İtaliyada 6203, Fransada 3922, İranda 2389, Böyük Britaniyada 2129 nəfər yoluxub.

Qeyd edək ki, Azərbaycanda indiyədək 122 nəfər virusa yoluxub. Bu gün daha 29 nəfərdə virus aşkarlanıb. İndiyədək 3 nəfər ölüb, 15 nəfər sağalıb. 104 aktiv koronavirus xəstəsi var ki, onlardan 6-sının vəziyyəti ağırdır.

Qardaş Türkiyədə 1196 yeni yoluxma faktı qeydə alınıb. Bununla da yoluxanların sayı 3629-ə çatıb. Son 24 saatda 16 nəfər ölüb. Ümumi ölüm sayı isə 75 nəfərdir. Yoluxanların 26-sı sağalıb, 3528 nəfər müalicə olunur. Onlardan 136-sının vəziyyəti kritikdir.

Aydın
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR