Əfqanıstanda polis əməkdaşları yenidən hədəfə alınıb.
Qaynarinfo xəbər verir ki, Bağlan əyalətində yol kənarında basdırılmış minanın partlaması nəticəsində azı 5 polis əməkdaşı həlak olub, 2 nəfər yaralanıb.
Partlayış polis əməkdaşlarının patrul keşiyi çəkdikləri zaman baş verib. Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
Şərhlər