Xəbər lenti

Dünya 17:04 14.07.2019

Əfqan polisi hədəfə alındı: 5 ölü, 2 yaralı

Əfqanıstanda polis əməkdaşları yenidən hədəfə alınıb.

Qaynarinfo xəbər verir ki, Bağlan əyalətində yol kənarında basdırılmış minanın partlaması nəticəsində azı 5 polis əməkdaşı həlak olub, 2 nəfər yaralanıb.

Partlayış polis əməkdaşlarının patrul keşiyi çəkdikləri zaman baş verib. Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?