Əhməd bəy Ağaoğlunun nəvəsi olan tanınmış yazıçı və tərcüməçi Tektaş Ağaoğlu vəfat edib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, 84 yaşlı yazıçı İstanbulda yerləşən Amerika Xəstəxanasında dünyasını dəyişib.
1934-cü ildə İstanbulda doğulmuş Tektaş Oksford Universitetində hüquq üzrə təhsil alıb. Dünya ədəbiyyatının bir çox nümunəsini tərcümə edən Ağaoğlu 1973-cü ildə Marks və Engelsin əsərlərini topladığı Siyasət və Fəlsəfə kitabına görə 7,5 il həbsə məhkum edilib və 5 ay həbsdə yatıb. 1975-ci ildə yenidən həbs edilmiş yazıçı bu dəfə azadlıqdan 1 illik məhrum olub.
1980-ci illərdə bir müddət İsveçrədə yaşayan Tektaş Ağaoğlu bir çox media orqanlarında fəaliyyət göstərib.
Gülşən
Şərhlər