Əlcəzairdə 4 iyulda planlaşdırılan prezident seçkiləri baş tutmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə dövlət TV-si məlumat yayıb. Seçkilərdə iştiraka görə ərizə müraciəti üçün 26 maya qədər vaxt qoyulsa da, cəmi 2 müraciət qeydə alınıb. Konstitusiya şurası hazırkı vəziyyətdə seçkilərin keçirilməsinin mümkünsüzlüyünü vurğulayıb.
Qeyd edək ki, Əlcəzair prezidenti Əbdüləziz Buteflika 2 apreldə istefa verib.
Gülşən
Şərhlər