Xəbər lenti

Foto 16:59 08.03.2021

Ələt-Astara yolunda yük avtomobili aşdı (FOTOLAR)

Lökbatan qəsəbəsində yol qəzası olub.

"Report"un məlumatına görə, hadisə Ələt-Astara yolunun Lökbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük avtomobili yolun kənarında aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Bakı-Salyan yolunda güclü külək nəticəsində yük maşını aşıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?