"Çelsi"nin futbolçusu: "Daha diz çökməyəcəyəm"

"Çelsi"nin futbolçusu Markos Alonso irqçiliyə qarşı fərqli şəkildə etiraz edəcəyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, futbolçu hər oyundan öncə irqçiliyə qarşı etiraz forması olaraq diz çökməyəcəyini bildirib. Bu etiraz formasının artıq gücünü itirdiyini düşünən Alonso fərqli şəkildə addım atacağını bildirib. İndiyə qədər edilən etirazlara baxmayaraq heç bir dəyişiklik olmadığını vurğulayan 30 yaşlı futbolçu "Tottenhem"i 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra yerli mətbuata açıqlamasında fərqli etiraz edəcəyini bildirib. O, barmağı ilə formasının qolundakı "İrqçiliyə Yox" sözləri yazılmış bölməni işarə edəcəyini söyləyib. Alonso bunları deyib: "Mən də irqçiliyə və ayrıseçkiliyə qarşıyam. Bununla bağlı aparılan mübarizəni dəstəkləyirəm. Diz çökmə etirazının artıq öz gücünü itirdiyini düşünürəm. Ona görə də fərqli ölkələrdə və idman yarışlarında istifadə edilən bu üsulu seçməyi qərara aldım. Paltrdəyişmə otağında hamımız bir ailə kimiyik. Yoldaşlarımla çox yaxşı münasibətim var, hamısnı sevirəm və indiyə qədər bu barədə danışmamışıq. Buna ehtiyac yoxdur, amma təbii ki, kiməsə danışmalı olsam, sizə dediyim sözü təkrarlayacağam və heç bir problem olmayacağını düşünürəm. Hələlik qolumdakı yazını göstərməyə üstünlük verirəm və bunu da edəcəyəm".

Son illərdə Alonsonun komanda yoldaşları Ris Ceyms, Antonio Rudiger, Nqolo Kante və Romelu Lukaku da irqçiliyə məruz qalan futbolçulardandır. 

2020-ci ildən bəri İngiltərə Premyer Liqasında bütün futbolçular irqçiliyə qarşı etiraz forması olaraq oyundan öncə bir neçə saniyəlik diz çökürlər. 

Səbuhi Həsənov

XƏBƏRLƏR
BLOGLAR
X