Xəbər lenti

Emin Tarverdiyev: PA rəsmisi ilə görüşdə informasiya xidməti haqqının qaldırılması təklifim müsbət qarşılandı
Ölkə 21:53 03.04.2024

Emin Tarverdiyev: PA rəsmisi ilə görüşdə informasiya xidməti haqqının qaldırılması təklifim müsbət qarşılandı

Bu gün Bakı Biznes Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsində qalib gəlmiş QHT rəhbərlərinin bir hissəsi ilə görüş keçirilib.

Bu barədə "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev məlumat verib. O, bildirib ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Agentliyin rəhbərliyi iştirak edib. Görüşün olduqca məhsuldar keçdiyini deyən Emin Tarverdiyev qeyd edib ki, tədbirdə QHT rəhbərlərini narahat edən bir çox suallara cavab tapılıb, bəzi məsələlərlə bağlı araşdırmaların başlanacağı bildirilib: "Həmçinin QHT rəhbərlərinin təklifləri dinlənildi. Düşünürəm ki, Tural Əliyevin də dediyi kimi, bu cür görüşlər daimi olacaq və bir növ QHT-lər arasında sıx əlaqələrin yaranmasına da təkan verir. "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri olaraq təklifim layihələrdə informasiya xidməti haqqının qaldırılması oldu. Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirdi ki, bu layihələrdə həmin artım əksini tapacaq. Bu da sevindiricidir. Çünki bu gün bizim yükümüzün bir hissəsini çəkən, fəaliyyətimizi ictimailəşdirərək dəstək olan media qurumlarının dəstəyinin qarşılığını biz də mümkün qədər dəyərləndirə biləcəyik".

Emin Tarverdiyevin sözlərinə görə, görüşdə həmçinin regionlardan olan QHT-lər iştirak edib: "Bu da müsbət addım idi. Regionlarda təmsil olunan QHT-lər də öz təklif və arzularını rahat şəkildə aidiyyatı səviyyədə çatdırmaq imkanı qazanmış oldular".
 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->