XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kənd təsərrüfatı məhsullarına ƏDV necə hesablanır?
Ekonomiks12:10 14.09.2026

Kənd təsərrüfatı məhsullarına ƏDV necə hesablanır?

Azərbaycanda kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı xüsusi qayda tətbiq olunur. Vergi Məcəlləsinə əsasən, müəyyən müddət ərzində bu məhsulların satışı zamanı ƏDV məhsulun tam satış qiymətindən deyil, ticarət əlavəsindən hesablanır.

Qaynarinfo xəbər verir ki, Vergi Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli, xarici mənşəli balıq məhsulları istisna olmaqla) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Məcəllənin 153.2-ci maddəsinə əsasən isə Azərbaycan ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanır.

ƏDV ümumi qaydada vergi tutulan dövriyyədən hesablanan vergi məbləği ilə qanunvericiliyə uyğun olaraq əvəzləşdirilməli olan vergi məbləği arasındakı fərq kimi müəyyən edilir.

Vergi Məcəlləsinə görə, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxslər ƏDV ödəyicisi hesab olunur. Azərbaycana ƏDV tutulan malları idxal edən şəxslər də həmin idxal malları üzrə ƏDV ödəyiciləridir.

Həmçinin ƏDV məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən, qanunvericiliyə əsasən vergiyə cəlb olunan qeyri-rezident şəxslər də həmin iş və xidmətlər üzrə ƏDV ödəyicisi sayılır.

Aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları, eləcə də sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər də ƏDV ödəyicilərinə aid edilir.

Günay