Çempionlar Liqası: I təsnifat mərhələsinin bütün cütlükləri

Çempionlar Liqası: I təsnifat mərhələsinin bütün cütlükləri

Çempionlar Liqasında 2020/21 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 34 iştirakçı 17 cütlük təşkil edib. Bu komandalardan 33-ü bəllidisə, ilkin mərhələnin qalibi "Drita” (Kosovo) - "Linfild” (Şimali İrlandiya) matçında dəqiqləşəcək.

Azərbaycan çempionu "Qarabağ” Şimali Makedoniyanın "Sileks” klubu ilə üz-üzə gələcək. Oyun Bakıda baş tutacaq.

Qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Cütlər müəyyənləşərkən, adı birinci çıxacaq komanda evdə oynayacaq. "Qarabağ"ın adı ilk çıxdığından oyun Bakıda baş tutacaq.

Görüşlər 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qaliblər Çempionlar Liqasında, məğlublar isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcəklər. 

Qeyd edək ki, sabah II təsnifat mərhələsinin püşkü atılacaq.

Çempionlar Liqası
2020/21 mövsümü
I təsnifat mərhələsi

Ferensvaroş (Macarıstan) - Yurqorden (İsveç)
Seltik (Şotlandiya) - Reykyavik (İslandiya)
Legiya (Polşa) - Drita (Kosovo)/Linfild (Şimali İrlandiya) cütünün qalibi
Şerif (Moldova) - Fola (Lüksemburq)
Konnah (Uels) - Sarayevo (Bosniya və Herseqovina)
Srvena Zvezda (Serbiya) - Europa (Cəbəllütariq)
Buduçnost (Monteneqro) - Lüdoqorets (Bolqarıstan) 
Ararat (Ermənistan) - Omoniya (Cənubi Kipr)
Floriana (Malta) - ÇFR (Rumıniya)
Makkabi (Təl-Əviv, İsrail) - Riqa (Latviya)
Qarabağ (Azərbaycan) - Sileks (Şimali Makedoniya)
Dinamo (Tiflis, Gürcüstan) - Tirana (Albaniya)
Dinamo (Brest, Belarus) - Astana (Qazaxıstan)
Molde (Norveç) - KuPS (Finlandiya)
Flora (Estoniya) - Suduva (Litva)
Çelye (Sloveniya) - Dandolk (İrlandiya)
Klaksvik (Farer adaları) - Slovan (Slovakiya)
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR