İdman 14:15 16.06.2021

Çempionlar Liqası: "Neftçi"nin növbəti raunddakı potensial rəqibi bilindi

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Qaynarinfo-nun məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu "Neftçi"nin də bu raunddakı potensial rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu keçəcəyi təqdirdə, növbəti raundda "Olimpiakos" (Yunanıstan) ilə üz-üzə gələcək. Flaqman ilk qarşılaşmasını səfərdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 20-21 iyulda, cavab görüşləri 27-28 iyulda baş tutacaq.