Xəbər lenti

Video 17:33 16.06.2022

"Ən son Yuri Qaqarinin xəyalını qurmuşam" - 7 yaşlı Atilla Bağırlı

Uşaqlar heç vaxt bizim düşündüklərimizi düşünmürlər. Öz dünyaları var. Onlar dünyada sevinir, oynayır, danışır, gülür.

Biz böyüklər onların çox gördüklərinə görə, hisslərini hiss edə bilmirik.

Bəzən düşünürük, axı uşaqlar nə istəyir? 

"Uşaqlara 40+ sual” layihəsində o suallara cavab tapmağa, bir uşağın dünyasına girməyə və oradan dünyamıza baxmağa çalışacağıq. 

Qaynarinfo-nun "Uşaqlara 40+ sual" layihəsinin budəfəki müsahibi Bakıxanov qəsəbəsində 94 saylı orta məktəbin 1-ci sinif şagirdi Atilla Bağırlıdır.

 
- Salam. 
- Salam.

- Adın nədir?
- Atilla.

- Bəs soyadın?
- Bağırlı.

- Atillanın neçə yaşı var?
- Yeddi.

- Məktəbə gedir?
- Bəli.

- Neçənci sinfə?
- Birinci sinfi bitiririk, ikinci sinfə gedirik.

- Atilla hansı məktəbdə oxuyur?
- 94 nömrəli məktəbdə.

- Atillanın doğum günü nə vaxtdı, bilir?
- Bəli. Martın 2-si.

- Atilla, məktəb necə yerdi?
- Yaxşı yerdi.

- Sən orda nə öyrənirsən?
- Mən orda kosmos öyrənirəm, yəni cizgi filmin necə yarandığını öyrənirəm.

- Cizgi filmi necə yaranır?
- Cizgi filmini böyütmək o qədər çətindir ki, sən edə bilməzsən. Mən də bilmərəm.

- Bəs kim edir onu, kim yaradır?
- Cizgi filmi yaradanlar edir.

- Necə?
- Öncə Konkro ustalarının döyüş hərəkətlərini izləyir, sonra da çəkirlər. Ağ-qara esgizlər yaradırlar. Amma bununla iş bitmir. Axı cizgi filmdəki şeylərin hərəkəti lazımdır.

- Sən cizgi filmini sevirsən?
- Bəli. Əsas da çox-çox qorxulu olanları.

 O, planetlər, qalaktika haqqında çoxlu məlumatlar öyrənir, paylaşmağa çalışırdı. 
 
- Hansıları sevirsən?
- Planetlər haqqında olanlara baxmağı.

- Adlarını axtar?
- De.
- Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturun, Uran, Neptun, Pluton.

- Atilla, böyüyəndə nə olmaq istəyirsən?
- Kosmonavt.

- Niyə?
- Aya, planetlərə uçmaq istəyirəm.

- Niyə uçmaq istəyirsən?
- Nə bilim, orda, ayda yaşamaq üçün yer varmı, kosmoslular varmı, oraya getmək istəyirəm mən.

- Atilla, Azərbaycanın ilk kosmanavtı kim olacaq?
- Mən. 

- Sən olacaqsan?
- Böyüyəndə.

- Atilla, arzu nədir bilirsən?
- Bəli. Kosmanavt olmaq.

- O sənin arzundu?
- Hmm.

- Bax, sən bilirsən xəyal qurmaq nədir?
- Nədir? düşünməkdir.

- Atilla ən son nəyin xəyalını qurub?
- Nəyin?

- Mən səndən soruşuram.
- Yuri Qaqarinin xəyalını qurmuşam.

- Yuri Qaqarinin niyə?
- Çünki o, dünyanın ilk kosmonavtıdı.

- Sən niyə kosmosu bu qədər çox sevirsən?
- Nə bilim, orda planetlər var, ona görə. 15 gün orda qalmağı düşünürəm.

- Sən bilirsən kosmosda adamlar nə yeyir?
- Kosmosda adamlar bir şey yemir. Əyinlərdə bir neçə dənə düymə var. Onların köməyi ilə basırsan yemək gəlir, diş yemək basırsan su gəlir, də basırsan fırçalamaq üçün diş fırçalayıcı gəlir.

- Bəs Atillaya bu barədə kim öyrədib? 
- Televizordan baxıb öyrənmişəm. Məsələn bir ulduzun istiliyi 2000 il sonra çatacaq.

- Atilla nə qəşəng məlumat bilir...
- Bəli.

- Çox sağ olsun Atilla.
- Kosmosda çoxlu ulduzlar var. Çoxunu bilmirəm. Amma gecə ən parlaq ulduz Sirusdu. O qədər parlaqdır ki, səhərdə görünə bilir.

- Atilla ana qucaqlayanda seni ne hiss edirsen?
- Dünyanın ən gözəl hiss etdiyini hiss edirəm.

- Bəs səncə ana Atilla onu qucaqlayanda nə hiss edir?
- O da dünyanın ən gözəl şeyini hiss edir.
 
O, hər danışığında öz xeyirxahlığını da göstərir. 

- Atilla bilir yardım eləmək nədir?
- Bəli, yəni kömək etmək.

- Atilla kimlərə yardım eləmək istəyəcək?
- Kefsiz uşaqlara ki, qoy sevinsinlər, gülsünlər. Əyləncəli vaxt keçirsinlər.

- Uşaqlar niyə kefsiz olur ki?
- Anaları əsəbləşir... Bir dəfə məktəbdən qayıdanda uşaq ağlayırdı ki, bu şarı mənə ver. Məndə ona verdim.

- Sən xeyirxahsan, hə?
- Hə.
 
Atilla hətta etiraf da edə bilir. Məsələn, çox rahatlıqla öz dili ilə desək deyir, beləliklə, onlardan da danışır. 
Amma bununla bağlı, o, həm də ailəsinin sevimlisi olduğunu da dərk edir. 

- Bəs Atillaya hirslənir?
- Arada bir.

- Niyə hirslənir?
- Nə bilim arada bir az əsəbəm anayı.

- Nə edirsən ki, ana əsəbləşir?
- Arada

- Hə, neynirsən ki, ana əsəbləşir?
- Arada bir şuluq edirəm.

- Nə şuluq edirsən, Atilla?
- Nə şuluq edirəm... Əsəbləşmək, bunu etmək lazımdır.

- Hə, de.
- Bir dəfə yumurtanın bir tərəfini yeyəndə ürəyim bulandı. Sonra da ağzımdan geri qaytardım.

- Ana da əsəbləşdi?
- Hə.

- Sənə nə dedi ana?
- Əsəbləşdi. Mənim əlimi vuraraq əlimi yuduzdurdu.

- Bəs ana əsəbləşəndə ​​sənə nə deyir?
- Anam arada deyir ki, Atilla, sakit ol. Yaxşı, artıq başımız getdi.
 
O, fəxrlə "adım kral adıdır" da deyir. 
Çaşdırıcı suallara belə ustalıqla cavab olaraq Atilla sanki heç nəyi unutmadığını göstərir. 

- Atilanın adı çox qəşəngdi. Adının mənasını bilirmi?
- Adımın mənasını o qədər bilirəm ki, bəbəş olanda o adı veriblər. Onun mənasında kral olmaqdı. şəxsi insan mənə kral adını veriblər. Amma sadəcə adımda bu fərqlilik var. Kral adında iki dənə "t" var, məndə iki dənə "ll".

- İndi Atilla kral olmaq istəyirsiniz?
- Yox, mən kosmonavt olmaq istəyirəm.

- Bəs sənə evdə kosmanavt deyirlər?
- Evdə ancaq Atilla deyirlər.

- Nağıl oxuyursan?
- Bəli oxuyuram.

- Hansı nağılları bilirsən?
- Hansı nağılları... (fikirləşir) Qoğal nağılını bilirəm. Ən çox Cırtdanı bilirəm.

- Atilla nağılda hansı qəhrəman olmaq lazımdır?
- Hansı qəhrəman...(fikirləşir) Cırtdan ola bilər mən.

- Niyə?
- Çünki Cırtdan biraz balaca olsa da, beyni böyükdü. Ona görə mən Cırtdan olmaq istəyirəm.
 
O, yeməkləri də çox sevir. Yemək adı gələndə gözünə sanki işıq gəlir. Sevdiyi yeməklərin adını çəkir. 
Atilla suyun xeyirli olduğunu da bilir. 

- Atilla yemək yemək sevir?
- Bəli. Ona görə bu qədər kökəm.
 
- Ən çox hansı yeməyi yeyirsən?
- Ən çox kartof fri yeyirəm. Bir də kola içirəm.

- Bəs sən niyə bu qədər çox yeyirsən?
- Nə bilim, tez acıram da. Bir də yeməklər çox gözəl, dadlıdı, deyirəm ki, birdə ver. Bu arada mən çoxlu su içirəm. Çoxlu su içməyi sevirəm.

- Niyə?
- Çünki suyun dadı yaxşıdı.
 
7 yaşlı bu uşaq dostu-düşməni də nə qədər lazım olduğunu bilir. Bunun üçün məsləhət də verir. 

- Atillanın dostu var?
- Var. Türkay, Burlaxatın, Murad qaqaş, iki dənə qardaşım var, Zirə abi...

- İnsanlar niyə bir-biri ilə dost olur?
- müəssisə bir- kömək etmək üçün.

- İnsanlar niyə bir kömək etmək istəyirsiniz?
- Çünki dostdular.

- Bəs düşmən nədir?
- Düşmən? Bizim düşmənlərimiz Ermənistandı. şəxsi bir əsgərin müqavimətinə qarşı deyirlər.

- Biz axtarışımıza necə qalib gələcək?
- Əsgərlərimiz güclü olsa, savadlı olsa, qalib gələcək.

- Bəs insanların öyrənmək olmur? Ancaq əsgərlərin düşməni olur?
- İnsanların da qarışması ola bilər.

- Kimdi insanların mübahisəi?
- İnsanların qarışması heç olmayıb. Heç insanı görməmişəm. Amma insanların öyrənməsini bilirəm.

- Atilla, ağıllı olmaq nədi?
- fərdi savadlı olmaq.

- Biz necə öyrənmək ki, ağıllı olaq?
- Ana, atamıza kömək edə bilər, anaya yeməkləri daşımağa kömək edə bilər. Bir dəfə axşam yeməyində anam yeməkləri hazırladı, mən də kömək etdim ona.

- Bəs biz kitab oxuyaraq, dərs oxuyaraq ağıllı ola bilər?
- Savadlı ola bilər. Ağıllı da ola bilər.

- Ağıllı olmaqla, savadlı olmaq fərqi nədir ki?
- Çünki savadlı olmaq hər şeyi bitirdi. Ağıllı olmaq ata, ananın sevincidir.
 
- Hansı səslər Atillanın xoşuna gəlir?
- Hansı səslər?  

Məsələn çay səsi var, yağış səsi var
 - Raket səsi xoşuma gəlir.

- Bəs başqa?
- Başqası yoxdur. Bir dənə odur.

- Bəs hansı səsləri sevmir Atilla?
- Nə?
 
 

- Hansı səsləri sevmir?
- Hansı səsləri... Məsələn yağış səsini sevmirəm. Şimşək səsini də sevmirəm.

- Neçə fəsil var?
- Dörd. Yaz, yay, payız, qış. 

- Atilla hansı fəsili sevir?
- Qışı. Qar topu oynamağı sevirəm. Bir də yayı sevirəm, üzməyi-falan sevirəm.

- Bax düşün ki, sabah bir möcüzə olacaq. Nə möcüzə olmağını istəyərdin?
- Mən kosmosda olmaq istəyərdim.

- Atilla cə uşaq olmaq üçün nə şirkət sən?
- Ana, atalarına kömək etmədilər...

- Atilla hədiyyə sevir?
- Bəli.

- Hansı hədiyyələri sevir?
- Oyuncaq maşın hədiyyələrini sevirəm.

- Sonra?
- Sonrası heç nə. Bir tək maşın.

- Evinizdə ən çox hansı əşyanı sevirsən?
- Hansı əşyanı? hansı əşya? Tapdım. Soyuducu.

- Niyə?
- Çünki yeməkləri soyudur. Yeməklər xarab olar axı.

- Atilla oyun oynamağı sevir?
- Bəli.

- Ən çox hansı oyunu oynayır?
- Ən çox oyuncaqlarımla oynamağı sevirəm.

- Bəs Atilla oyun oynuyanda ilk ağlına nə gəlir?
- İlk ağlıma telefon oyunları gəlir.

- Hansı oyunlar?
- My Craft”, "Roblox”... Oyunlar bütün mövzuların sevimlisidir...

- Niyə? Niyə bütün uşaqları onu sevir?
- Çünki uşaqlar sıxılmasın deyə sevirlər.

- Sıxılmaq dedin, sən bilirsən sıxılmaq nədir?
- Bəli oturub darıxmaq.

- Atillanın canını nə sıxa bilər?
- Canımı nə sıxa bilər? Canımı çox yorulmaq sıxa bilər. Başqa heç nə.

- Bəs dərs oxumaq?
- Dərs oxumağı sevirəm mən.

- Sevirsən?
- Bəli.

- Atilla vətən nədir?
- Vətən Azərbaycandır.

- Azərbaycana niyə vətən deyirik biz?
- Çünki Azərbaycan bizim canımızdır.

- Bakı Azərbaycanın nəyidir?
- Nəyidir?

- Mən səndən soruşuram. Paytaxtı ola bilər?
- Bəli, qorxur.

- Sən bilirsən bizim dövlətimizin atributları nədir? 
- Himnimiz, gerbimiz, bayrağımız.

- Bayrağımızın neçə rəngi var?
- Üç

- Hansılardı?
- Mavi, qırmızı, yaşıl.

- Atilla himmizi bilirsinizmi?
- Bəli.

- Bəs Atilla mahnı oxumağı sevir, yoxsa şeir deməyi?
- İkisini də.

- Sən bizə mahnı oxuya, ya da şeir deyə bilərsən?
- Şeir axtarış.

- Olar, hansını istəsən de.
- (Şeir deyir)

- Bax, yay tətili gəlir, nə eləmək istəyirsən bayramda?
- Dənizə getmək istəyirəm.

- Başqa?
- Əyləncəyə getmək istəyirəm

- Niyə bütün uşaqlar dənizə getmək istəyirsiniz?
- Çünki dəniz yaxşıdı. İnsanların üzdüyü yerdi. Bitmədimi?

- Yox bitmədi. Başqa bir adamın həyata keçmək istəyərsən?
- Yox. Nəfəsim kəsildi.

- Nəfəsin kəsildi? Onda 5 dəqiqə dincələk, sonra davam edəcəyik.
- Olar. 

- Nəfəsin niyə kəsildi?
- Çoxlu sual verdin.

- Yoruldun suallarımdan?
- Bəli.

- Özünə gəldinsə davam edə bilər...
- Necə yəni 5 dəqiqə dincəlmək budu?

- Mən özüm elə dedim. Dedim bir nəfəsini dərəsən, yenidən davam edəcək. Dərdin nəfəsini?
- Bəli, dərdim.

- Davam olar? 
- Edək.

- Atilla ən çox hansı musiqi alətini sevirsən?
- Ən çox pianonu.

- İnsanlar niyə hirslənir?
- O biri uşaqlar şuluq edirlər.

- Bəs başqa? Böyük adamlar niyə hirslənir?
- Böyüklərdə şükür edə bilərsiniz.

- Sən bilirsən işləmək nədi?
- İşləmək, yəni çalışmaqdı.

- Nədir çalışmaq? Biz niyə çalışırıq? 
- Çünki bunları bilmək lazımdır.

- Nəyi bilirik? Biz niyə işləyirik? Atalar-analar niyə işləyir?
- Çünki bizə pul qazansın deyə.

- Biz pulu edirik nə?
- Biz pula paltar alırıq, çörək alırıq, su alırıq, kola alırıq, fanta alırıq.

- Atillanın sevdiyi nəyi alırıq? 
- Kartof fri alırıq.

- Atilla kompüter nədi?
- İnsanların işlətdiyi bir alətdir.

- Səncə, dünyada su olmasa idi, nə ola bilərdi?
- Dünyada su olmasa idi, adamlar yaşaya bilməzdi.

- Niyə?
- Çünki, susuz həyatı olar, qardaşım?

- Olmaz?
- Olmaz.

- Biz susuz yaşaya bilmərik heç?
- Xeyr. Mən də yaşaya bilirəm. 

- O zaman sən çox su içirsən.
- Hə.

- Bax, fikirləş ki, bir gün krantdan suyun başqa şey axır. Nəyin axmağını istəyərdin?
- Sabun.

- Sabun niyə?
- Nə bilim. biraz sabun alaram, biraz da su alaram falan.

- Çimərsən?
- Bəli.

- Sən çimməyi sevirsən?
- Bəli. Amma çox çimməyi sevmirəm. Həftədə bir dəfə çimmək istəyirəm.

- Bəs yayda?
- Yayda dənizdə çimməyi çox sevirəm.

- Bax, Atillanın elə bir sirri varmı ki, onu yalnız özü bilir. Amma Atilla onu indi mənə deyəcək, yalnız ikimiz bi edəcəyik.
- İkimiz oldu? 

- Bəli. Məndə heç kimə deməyəcəm. Elə bir sirri var Atillanın? 
- Mənim sirrim var. Məsələn bir gün ata-ana gəlmədən südü açıb içməyə başladım. 

- Gizlin içmişdin? Deməmişdin ailənə?
- Südü açdım, dadı necədi deyə baxdım. Sonrada özüm ailəmə dedim. 

- Nə edirsən orda?
- Ayağım qaşıyıram.

- Hə, ayağın qaşınır?
- Hə.

- Sənin mağazan olsa idi, orda nə satardın?
Nə satardım? Kartof fri satardım çoxlu, Fanta satardım. Özümə kömək şeylər satardım.

- Anadan ən çox nə istəyirsən?
- Anadan ən çox kartof fri, bir də sevdiyim yeməkləri.

- Ən çox yemək istəyirsən. başqa heç nə istəmirsən?
- Başqa heçnə.

- Niyə?
- Nə bilim.
 
- Dəniz niyə mavidir?
- Nə bilim.

- niyə mavi olsun ki?
- Niyə mavidir də?

- Mən də səndən soruşuram ki, dəniz niyə mavidir?
- Çünki biz elə bilir ki, su ağdır. Sonra görürük mavidir. Çox qalıb, az qalıb?

- Nə edirsən?
- Bir az susadım.

- Az qalıb. Bitsin, aşağı verərəm.
- Aşağıda su varmı?

- Var. Davam olar?
- Davam edə bilər. Bu arada neçə sual qalıb?

- 5-6 sual. 
- 5-6 sual?

- Hə. 
- 6 dənə yəni?

- Biraz da çox ola bilər. Biz gözəl bir gün üçün nə elə olmalıdır?
- Dənizə get, əyləncəyə getməlidir.

- Atilla bu gün ən çox nəyə gülüb?
- Nəyə güləcəm? Multikə gülmüşəm. Gülməli multiklərə baxıram.

- Atillanın qardaşı-bacısı var?
- Bəli, var. Az əvvəl bunu demişdim axı. Ramin. Mənim bacılarımın adı Türkay, Yağmur, Burlaxatun. İndi oğlan bəbəşlərinin adını deyəcəm. Məsələn, Rabil, Çinar. Sonra da, yəni atam da mənim qardaşım olaraq bilinir.

- Niyə?
- Çünki ata məni çox sevir.

- Atilla niyə rahat otura bilmir?
- Nə?

- Atilla niyə rahat otura bilmir? Bayaqdan fırlanır.
- Çünki ayağımın qaşınması tutur. 

- Sən dözə bilmirsən ona?
- Xeyr.

- Biz kameranın qarşısındayıq axı. 
- Kameranın qarşısında?

- Bəli.
- Hadi, davam edir onda. 

- Atillanın sevdiyi rəng var?
- Mavi, qırmızı, qara.

- Niyə?
- Çünki onlar mənim sevdiyim rənglərdir.
 


- Atilla, bax düşün ki, bu gün azadsan. Ana, ata sənə deyir ki, hər şeyi edə bilərsən. Nə eləmək istəyərdin?
- Nə eləmək istəyərdim? dənizə getmək istəyərdim.

- Tək gedəcəksən?
- Qorxmadan gedə dəqiq də.

- Necə gedəcəksən?
- Kişi qorxmaz axı.

- Kişi qorxmaz? Bəs onda mənə yol göstər, görüm necə dənizə gedirsən. O qorxmaz kişi dənizə necə gedir?
- Dəniz bir az aralıda olsa... Ayaqlarım qırılar. Atam mənə açar versə gedərəm.

- Bəs deyirsən kişi qorxmaz. kişi qorxmaz? Bəs necə?
- Kişi qorxmaz.

- Niyə? O insan deyil?
- Ey insandır. Amma, insan, kişi heç nədən qorxmaz.

- Bəs insanlar niyə ağlayır?
- Nə bilim, bir səhvləri ola bilər, ata-anası ona əsəbiləşə bilər.

- Ona görə?
- Hə.

- Atilla, xoşbəxtlik nədir deyə bilərsən?
- şəxsi sevinclik. 

- Bəs yuxu nədir?
- Yatmaq yəni ki.

- Atilla yatmağı sevir?
- Bəli, həm də çox.

- Yatanda yuxu görür?
- Yox.

- Görməmisən heç? 
- Yox. 

- Bəs yuxuya gedəndə nə fikirləşirsən?
- Kaş də Alparslan adlı oğlum olsaydı.

- Niyə?
- Nə bilim, onunla əylənərdim. Atam kimi sevərdim.

- Atan səni sevir?
- Bəli.

- Nə deyir ata sevəndə?
- Mənim günəşim, ayım.

- Ata bəs hirslənir sənə?
- Ata arada bir şuluq edəndə hirslənir.

- Mən görürəm ki, sən çox şuluq uşaqsan. 
- Niyə?

- Nə bilim. Ata da hirslənir, ana da hirslənir. Mən belə başa düşdüm.
- Mən çox şuluq eləyən oğlan deyiləm. Arada bir onların əsəblərinəm. 

- Atandan-anandan danışdın. Burdan ana-atana nə demək istəyirsən?
- Ey atam, anam darıxmayın, siz qoca olanda sizə oğul gətirmək isrəyirəm. belə istəyirəm. 

- Oğul gətirmək istəyirsən?
- Bəli, oğlum olacaq da ata olanda.

- Ata-ana qocalacaq onda...
- Hə.

- Qocalmaq nədir ki?
- Qocalmaq. Yaşı çox olmaq.

- Qoca adam necə olur, Atilla?
- Qoca adam hec yeri bilmir. Ayaqları axsıyır. məsələ, ağaclarla gedir. Mənim iki dənə nənəm var. Rahilə nənəmin anası Zərintac nənə ağaclarla yeriyir.

- Sən yeriyəndə ona kömək edirsən?
- Bəli.

- Qocalara kömək eləməlidir biz?
- Bəli.
 
Yerində düz dayana bilmir, Atilla. Çox hərəkətlidir, həm çox danışmaq, həm də tez-tez suallardan qaçmaq üçün "yoruldum" da deyirdi. 

- Nə oldu? 
- Heç nə. Bitdimi?

- Mənə nəsə demək istəmirsən?
- Yox, onsuz bir azacıq yorulmuşam. 40 sual dedin, 45-falan.. 

- Zatən sən bura suallara cavab gəlməmisən ki?
- Gəlmişəm.  

- Cavab ver də, niyə narazılıq edirsən?
- Bitdimi deməyə çalışıram.

- Bitdi desəm, nə eləyəcəksən?
- Mən susamışam. Su hanı?

- Axı mən sənin suallara cavab verməkdən razı qalmadım. Mən niyə sənə su verirəm? Biz bunu təzədən birdə çəkəcəyik.
- (Fikirləşir) 

- Nə fikirləşirsən?
- Çəkməyin nə olar. Zatəndə çox suala cavab verdim mən. 

- O zaman mən sənə deyirəm biz bitirmişik?
- Bəli. Çox sual verdi. 45, 46, 47 50 dənə sual verdin mənə.

- Nə olacaq ki?
- 50 dənə sualın 45-nə cavab verdim.

- Yaxşı, maraqlı idi?
- Bəli, maraqlı idi. 

- O zaman mən deyirəm sənə bitirdik?
- Bəli.

- Çox sağ oln üçün. 
- Siz də sağ olun. 
 
Düşünsəniz ki, Atilla suallarımdan sıxıldı, yox. Sadəcə, elə mənim kimi səbrsizdir. Onunla danışmaq, daha bir balacanın dünyasına daxil olmaq çox çətin və maraqlı idi...

Dünyanız hər zaman çiçəkli, al-əlvan olsun körpələrimiz...

 
Günay İlqarqızı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->