Xəbər lenti

Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
Ölkə 09:47 30.06.2025

Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX

Azərbaycanda qeyri-iş günü - bayram tətili bir də 4 aydan sonra - noyabr ayında olacaq.

İyul, avqust, sentyabr və oktyabr aylarında bayram yoxdur.

Yalnız oktyabrın 18-i Dövlət Müstəqilliyin Bərpası Günüdür. Həmin gün hər il bayram kimi qeyd olunan iş günüdür.

Növbəti qeyri-iş günü noyabr ayına təsadüf edəcək. 8 Noyabr Zəfər Günüdür. Noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunacaq. Hər iki gün qeyri-iş günü olan bayramdır.

Noyabrın 8 və 9-u şənbə-bazardır. Əmək qanunvericiliyinə əsasən, əgər qeyri-iş günləri şənbə-bazara düşərsə, növbəti gün (günlər) istirahət günü sayılır. Beləliklə, noyabrda ardıcıl 4 gün - 8,9,10 və 11-də iş olmayacaq.

İlin sonuncu bayramı isə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.//Teleqraf

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->