Xəbər lenti

Ərdoğan ABŞ-da “Türk evi”nin açılışını etdi (FOTO)
Foto 23:23 20.09.2021

Ərdoğan ABŞ-da “Türk evi”nin açılışını etdi (FOTO)

ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda "Türk evi”nin açılışını edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Açılışda BMT-nin Baş katibi Antonio Quterreş, Latviya və Litva prezidentləri, eləcə də digər ölkələrin təmsilçiləri iştirak edib
 
"Türkevi binamızın qapılarının hər kəsə açıq olduğunu bir daha vurğulamaq istəyirəm. Nyu-Yorkun nümunəvi binalarından olacaq Türkevinin millətimizə, ABŞ-a xeyirli olmasını diləyirəm. Bu binanın inşasında əməyi keçən hər kəsə təşəkkür edirəm”, - deyə Ərdoğan çıxışı zamanı bildirib.

Prezident binanın BMT-nin mərkəzi qərargahı ilə üz-üzə yerləşməsinin xüsusi əhəmiyyət daşıdığını deyib


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->