Dünya 17:25 14.01.2020

Ərdoğan general Haftarı hədələdi: “Əks halda ona dərs verməli olacağıq”

Türkiyə Prezidenti Rəcəb Ərdoğan Ankaranın Liviya Milli Ordusunun komandiri Xəlifə Haftara bir dərs vermək istədiyini bildirib.

Qaynarinfo xəbər verir ki, Hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasında danışan Türkiyə lideri qiyamçı general Haftarın hərbi əməliyyatları dayandırmayacağı təqdirdə bunun baş verəcəyini vurğulayıb.

Xatırladaq ki, dünən Rusiya Xarici İşlər Nazirliyi Haftarın Milli Razılıq Hökuməti ilə atəşkəs müqaviləsi imzalamadan Moskvadan getdiyini təsdiqləyib.

Yanvarın 13-ü ərəfəsində Rusiya paytaxtında Rusiya-Türkiyə və Liviya tərəfləri arasında danışıqlar keçirilib. Görüşdən sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov Liviyadakı münaqişənin bir neçə tərəfinin sənədi imzaladığını söyləyib. Haftar isə düşünmək üçün əlavə vaxt istəyib.

Alpər