Xəbər lenti

Erməni jurnalist: “Qalmağa yerim olmayanda İradə mənə sığınacaq verib”
Ölkə 11:21 19.02.2019

Erməni jurnalist: “Qalmağa yerim olmayanda İradə mənə sığınacaq verib”

Erməniəsilli rusiyalı jurnalist Marqarita Simonyan "Telegram” səhifəsində azərbaycanəsilli həmkarı İradə Zeynalova ilə münasibətindən yazıb.

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, azərbaycanlı teleaparıcı ilə bağlı xatirəsini bölüşüb:

"İradə mənim rəfiqəmdir. Mən Moskvaya gələndə qalmağa yerim yox idi, İradə mənə evində sığınacaq verib. Xəbər otağında bizi "Ermənistan-Azərbaycan münaqişəsi” adlandırırlar”.

Simonyan, həmçinin, qeyd edib ki, İradə Zeynalovanın bir ənənəsi var – "hərbi müxbirlərə ərə getmək”. Bunu yazan Marqarita Zeynalovanın yeni həyat yoldaşı – Birinci kanalın hərbi müxbiri Aleksandr Yevstiqneyevin "Telegram” ünvanını paylaşıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->