Erməniəsilli rusiyalı jurnalist Marqarita Simonyan "Telegram” səhifəsində azərbaycanəsilli həmkarı İradə Zeynalova ilə münasibətindən yazıb.
Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, azərbaycanlı teleaparıcı ilə bağlı xatirəsini bölüşüb:
"İradə mənim rəfiqəmdir. Mən Moskvaya gələndə qalmağa yerim yox idi, İradə mənə evində sığınacaq verib. Xəbər otağında bizi "Ermənistan-Azərbaycan münaqişəsi” adlandırırlar”.
Simonyan, həmçinin, qeyd edib ki, İradə Zeynalovanın bir ənənəsi var – "hərbi müxbirlərə ərə getmək”. Bunu yazan Marqarita Zeynalovanın yeni həyat yoldaşı – Birinci kanalın hərbi müxbiri Aleksandr Yevstiqneyevin "Telegram” ünvanını paylaşıb.
Şərhlər