Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia irəli sürdü

Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia irəli sürdü

Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistan rəhbərliyi Azərbaycan qarşı yeni ərazi iddiası irəli sürüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəsmi Yerevan ərazi iddialarını işğal altındakı torpaqlarda yaratdığı qondarma rejimin dili ilə səsləndirib.

Səslənən açıqlamada Azərbaycanın keçmiş Ağdərə rayonunun (indiki Tərtər rayonunu ərazisi) və Xocavənd rayonunun bir hissəsini, həmçinin, keçmiş Şaumyan rayonunun (indiki Goranboy rayonu) bütün ərazisini nəzarətdə saxladığı bildirilib. Ermənistan tərəfi həmin ərazilərin üumi sahəsinin min kvadrat kilometrdən çox olduğunu açıqlayıb.

Xatırladaq ki, rəsmi Yerevan qondarma Qarabağ rejimi vasitəsilə son aylarda Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başlayıb. Qondarma rejimin bəyanatı isə 1992-ci il iyulun 4-də Azərbaycan ordusunun keçmiş Ağdərə rayonunun mərkəzini işğalçılardan azad etməsi münasibətilə səslənib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR