Siyasət 14:38 19.09.2020

Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT

Ermənilərin Azərbaycanın işğal altındakı ərazilərində təxribatları davam edir.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bu dəfə Qarabağa separatçılarının lideri Araik Arutunyan qondarma rejimin parlamentinin Xankəndindən Şuşaya köçürəcəyini elan edib.

Bu məqsədlə o, tikinti işlərinin başlanıldığını və Şuşanin işğalının 30 illiyi münasibətilə 2022-ci ilin mayında tam istifadəyə veriləcəyini anons edib.