Xəbər lenti

Ermənilər Şuşada kəşfiyyat uçuşuna cəhd etdi: Kvadrakopter endirildi (FOTO/VİDEO)
Ölkə11:12 13.08.2022

Ermənilər Şuşada kəşfiyyat uçuşuna cəhd etdi: Kvadrakopter endirildi (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.