Xəbər lenti

Ölkə 09:15 01.10.2020

Ermənilərin məhv edilən döyüş texnikalarının siyahısı

Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Qaynarinfo Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

  -   200-dək tank və digər zirehli texnika;

  -   228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

  -   30 ədəd hava hücumundan müdafiə vasitələri;

  -   6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

  -   5 silah-sursat anbarı;

  -   110-dan artıq avtomobil texnikası;

  -   1 ədəd "S-300” zenit-raket kompleksi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?