Ermənistanın hakim "Mənim addımım” partiyasının fraksiyas rəhbəri Lilit Makunts İrəvanın "Artsax”la hərbi-siyasi ittifaq müqaviləsinin bağlanması imkanlarını nəzərdən keçirdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiyanın mk.ru saytının məlumatında deyilir.
Bundan əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın hücumu nəticəsində tanıya biləcəyini demişdi.
Xatırladaq ki, Ermənistanın təxribatı nəticəsində başlayan döyüşlər 27 sentyabrdan bəri davam edir.
Alpər
Şərhlər