Ermənistanın baş prokuroru Qarabağa qanunsuz səfər etdi

Ermənistanın baş prokuroru Qarabağa qanunsuz səfər etdi

Ermənistan respublikasının baş prokuroru Artur Davtyan Qarabağa qanunsuz səfər edib. 

Qaynarinfo xəbər verir ki, səfər çərçivəsində Artur Davtyan qondarma rejimin "Baş prokuroru” Qurgen Nersisyanın müşayiəti ilə qondarma rejimin "rəhbəri” Arayik Harutyunyan ilə görüşüb.  

Görüş zamanı Ermənistan Respublikası, Rusiya Federasiyasının və qondarma rejimin "Prokurorları” arasında əldə edilmiş razılaşmalar əsasında Rusiya sülhməramlı qüvvələrindəki Rusiya Prokurorluğunun və İstintaq Komitəsinin nümayəndələri ilə operativ əlaqənin təmin edilməsinə əhəmiyyət verilib. 

Müharibədən sonra Qarabağda "hüquq-mühafizə orqanları” ilə bağlı məsələlər, Qaerabağ ermənilərin  humanitar və fundamental hüquqlarının müdafiəsi,  erməni əhalisinin həyatı üçün risklərin zərərsizləşdirilməsi və Rusiya sülhməramlı qüvvələri ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. 

Səfər çərçivəsində Ermənistanın Baş prokuroru Xankəndində separatçı rejimin ”müdafiə naziri”, "ordu komandanı” general-mayor Qamo Vartanyan, Ermənistanın hərbi prokuroru Vahe Harutyunyan, hərbi prokurorların, eləcə də Rusiya Prokurorluğunun Qarabağdakı  sülhməramlı qüvvələrdəki nümayəndəsinin iştirakı ilə müzakirələr aparıb.
 
Telman
XƏBƏRLƏR
BLOGLAR
X