Ekonomiks 16:30 08.10.2022

"Şərurlu İsfəndiyar"ın oğluna vəzifə verilibmiş (FOTO)

Sumqayıt şəhərinin ən böyük nəqliyyat şirkətinə "Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun oğlu rəhbər seçilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Sumqayıt Nəqliyyat Təchizat" Açıq Səhimdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilərək, İdarə Heyətinin sədri vəzifəsinə Axundov Tanrıverdi İsfəndiyar oğlu gətirilib.

Qeyd edək ki, "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın sədri İsfəndiyar Axundovun oğlu Tanrıverdi Axundov bir neçə dəfə KİV-lərin gündəminə gəlib. Belə ki, Tanrıverdi Axundov 10 VO 200 dövlət nömrə nişanlı "Bentley Continental" maşınla su kanalına düşməsi, Bakıda dəbdəbəli toy etməsi və bahalı avtomobilləri ilə diqqəti çəkib.

Xatırladaq ki, "Sumqayıt Nəqliyyat Təchizat" 2004-cü ildə yaradılıb. ASC-nin nizamnamə kapitalı 75 512 manatdır.

Əhməd