XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"iPhone 18" Azərbaycanda neçəyə satılacaq? - Qiymətlə bağlı iddia
Texnologiya12:50 07.09.2026

"iPhone 18" Azərbaycanda neçəyə satılacaq? - Qiymətlə bağlı iddia

Sosial şəbəkələrdə "iPhone 18"in Azərbaycanda satış qiyməti ilə bağlı məlumat yayılıb. İddialara görə, 2 TB yaddaşa malik modelin qiyməti 8 699 AZN olacaq. Lakin Azərbaycanda "iPhone 18"in rəsmi satış qiyməti hələ açıqlanmayıb.

Buna baxmayaraq, yeni modelə marağın yüksək olduğu və bəzi mobil telefon satışı mağazalarında alıcıların artıq növbəyə yazıldığı bildirilir.

Qaynarinfo bununla bağlı mobil telefon satışı ilə məşğul olan mağazalarda sorğu keçirib.

Mağazalardan verilən məlumata görə, "iPhone 18"in Azərbaycanda satış qiyməti sosial şəbəkələrdə yayılan rəqəmdən fərqli ola bilər.

"Qiymət artacaq. Telefonun Azərbaycanda bu qiymətə satılması mümkün deyil. Yəqin ki, telefon ölkəyə gəlməmişdən əvvəl onun qiyməti açıqlanacaq", deyə mağazalardan birindən bildirilib.

Bəs, hələ Azərbaycana gətirilməyən bu telefonla daha çox kimlər maraqlanır?

Mağazadan verilən cavab belə olub: "Alıcılar arasında müxtəlif yaş qrupları var. Amma ən çox gənclər, yəni tələbələr maraqlanır".

Bahar Rüstəmli