Xəbər lenti

Əsma Əsədə xərçəng diaqnozu qoyuldu (FOTOLAR)
Foto 12:31 09.08.2018

Əsma Əsədə xərçəng diaqnozu qoyuldu (FOTOLAR)

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə xərçəng diaqnozu qoyulub.

Qaynarinfo xəbər verir ki, 42 yaşlı "first lady" döş xərçəngindən müalicə olunur, lakin diaqnozun erkən qoyulduğu və onun sağalmaq ehtimalının yüksək olduğu bildirilir. Əsma Əsədin xəstəxanadan çəkilmiş fotoları yayımlanıb. 

1975-ci ildə Londonda doğulub böyümüş Əsma Əsəd 1996-cı ildə "Kings College"i bitirib və "Deutsche Bank", "JP Morgan"da işləyib. O, 2000-ci ildə Bəşər Əsədlə evlənib və bank sektorundakı kariyerasını sonlandırıb. Əsəd cütlüyünün 3 övladı var. Əsma Əsəd qadın haqqları, təhsil, Suriya hökümətinin ictimai əlaqələr sahəsindəki fəaliyyətləri ilə tanınır. Həm Suriya, həm İngiltərə vətəndaşlığına sahib olan "first lady"nin 2012-ci ildə Avropa İttifaqı ölkələrinə girişi qadağan edilib və mülklərinə qadağa qoyulub. Lakin İngiltərə açıqlama verərək Aİ qadağasının vətəndaşlığına sahib olduğu ölkəyə daxil olmasına maneə olmayacağını bildirib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->