Xəbər lenti

Etna vulkanında qorxunc partlayış (VİDEO)
Video 15:31 02.06.2025

Etna vulkanında qorxunc partlayış (VİDEO)

İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna partlayaraq tüstü püskürüb. 

Qaynarinfo xəbər verir ki, vulkandakı hərəkətlilikdən təşvişə düşən turistlər həyacanla ərazidən uzaqlaşmağa çalışır.

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı dünən saat 22:00-da (Bakı vaxtı ilə 21:00) fəaliyyətə başlayıb. Avropanın ən aktiv vulkanlarından biri hesab edilən Etnada başlayan hərəkətlilik təhlükəli partlayışlarla müşayiət olunub.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu gecə saat 04:14-də (Bakı vaxtı ilə 03:14) verdiyi açıqlamada bildirib: "Etna vulkanındakı fəaliyyət hazırda olduqca güclüdür. Davam edən proses intensivliyini artıraraq fasiləsiz partlayışlara çevrilib".

Tüstü kütləsi ölkənin cənub-qərbinə doğru sürüklənərkən, aviasiya üçün narıncı xəbərdarlıq səviyyəsi elan edilib. Siciliya adasını ziyarət edən turistlər, səmada yayılan qalın tüstülər səbəbindən təşviş içində ərazidən uzaqlaşmağa çalışıblar.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->