Xəbər lenti

Sənət 14:40 28.08.2016

Faiq Ağayevdən Flora Kərimovaya: "Bu çirkin qalmaqal..."

Xalq artisti Flora Kərimovanın həmkarı Zeynəb Xanlarova haqda dediyi sözlərə Faiq Ağayev münasibət bildirib.

Qaynarunfo.Az axşam.az-a istinadən xəbər verir ki, F.Ağayev bildirib ki, bu mübahisə 2006-cı ildən davam edir:

"Allah həyatını səhv yaşayan, yolunu azmış bəndəsini cəzalandırmaq istəyəndə, onun ağlını başından alır. Hər kəs Zeynəb ola bilməz.

Azərbaycan musiqisində müstəsna xidmətləri olan böyük sənətkara həqarət etmək, adını ləkələmək - öz xalqına sataşmaq deməkdir.

Son günlərin bu çirkin qalmaqalı illər əvvəl göstərdiyi azğın cəhdin davamıdır. Bu dünənin söhbəti deyil ki... 14 fevral 2006-cı ildə verdiyi müsahibənin birində də eyni hərəkətləri edib".

Qeyd edək ki, F.Kərimova Z.Xanlarova haqqında qalmaqallı sözlər deyib, onu sənətkar kimi qəbul etmədiyini bildirib, onu "çörəyi dizinin üstə" adlandırıb.

Qaynarunfo.Az 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->