Nərimanov rayonu, Dərnəgül sənaye zonasında boya istehsalı ilə məşğul olan "MGM-21 GROUP" MMC-də yoxlama aparılıb.
Qaynarinfo-nun məlumatına görə, yoxlama Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
"MGM-21 GROUP" MMC-nin ərazisinə baxış keçirilən zamanı bərk məişət və qarışıq tərkibli tullantıların mövcud qanunvericiliyin tələbləri pozulmaqla qalaqlandığı, müəssisənin fəaliyyəti ilə əlaqədar ekoloji ekspertiza rəyinin alınmadığı, 2T.G (su, hava, tullantı) statistik hesabatların təqdim olunmadığı və boya istehsalı zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması məqsədilə qaz-toz tutucu qurğunun quraşdırılmadığı məlum olub.
Aşkar edilmiş faktla bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1, 239, 271-ci maddələri ilə protokol tərtib edilib və iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə şirkət barəsində 8.500 manat məbləğində cərimə tətbiq edilib.
Əhməd
Şərhlər