Xəbər lenti

ABŞ Çinin Ukraynanın sülh formulunu dəstəkləmək istəyinə şübhə edir - Kirbi
Dünya 18:42 03.05.2024

ABŞ Çinin Ukraynanın sülh formulunu dəstəkləmək istəyinə şübhə edir - Kirbi

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ağ Ev hələlik Çinin Ukraynanın təklif etdiyi sülh formulunu dəstəkləməyə və Rusiya-Ukrayna müharibəsinə ədalətli son qoymaq üçün işləməyə hazır olduğunu görmür.

Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın səsi” məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ münaqişənin dayandırılmasına kömək etmək istəyən istənilən ölkənin, o cümlədən Çinin iştirakını alqışlayır. Lakin hələlik ABŞ Pekinin bu istiqamətdə hərəkət etdiyini görmür.

"Və əgər Çin ədalətli dünya üçün işləməyə kömək etməyə hazır olan və prezident Zelenskinin məqsəd və vəzifələrinə və onun səlahiyyətlərinə tam hörmət etməyə hazır olan bir ölkədirsə, aman Tanrım, biz bunu dəstəkləyəcəyik [...] Amma mən Sizə desəm ki, biz Çinin bu istiqamətdə hərəkət etdiyini görmüşüksə, səhv etmiş olarıq - biz belə bir şey görməmişik”, - Kirbi deyib.

Ağ Ev nümayəndəsinin qeyd etdiyi kimi, bununla bağlı ABŞ Ukraynaya hərbi yardım göstərməkdə davam edir.

"İndi isə Rusiyanın təcavüzünü dəf etmək, rusiyalıların Ukraynada işğal etdiyi əraziləri geri almaq və təkcə onun administrasiyasının deyil, həm də Ukrayna xalqının məqsədlərinə cavab verən sülhə nail olmasına çalışmaq üçün əlavə vəsaitimiz var”, - Kirbi əlavə edib.

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->