Ekonomiks 17:29 23.09.2022

Fariz Babayevin baş direktoru olduğu xəstəxana cərimələndi

M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası cərimə edilib. 

Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı nöqsanlar aşkarlanıb. 

Dövlət Xidməti Respublika Kliniki Uroloji Xəstəxanası barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərib.

Səbail rayon Məhkəməsinin qərarı ilə xəstəxana İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3 min manat cərimə edilib.

Qeyd edək ki, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayevdir. O, həmçinin Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin Baş Nefroloqudur. Fariz Babayev bir neçə mahnının, həmçinin məşhur "Lənkəran" mahnısının bəstəçisidir.

Əhməd