Siyasət 16:47 24.10.2020

Fuad Ələsgərov: “Görünməmiş hadisə - cinayətkar kömək üçün Putinə yalvarıb"

Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın dünən Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək hərbi əməliyyatların dayandırılması üçün ona yalvarması düşmənin hansı acınacaqlı durumda olduğuna dəlalət edir. 

Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov özünün Twitter səhifəsində Araik Arutyunyanın bu miskin yalvarışlarına münasibət bildirib.

"Görünməmiş hadisə - cinayətkar terrorçu dəstənin başçısı A.Arutyunyan kömək üçün Rusiya Prezidentinə yalvarıb. Bu, Azərbaycanın dinc əhalisinin qətlinə görə qaçılmaz məsuliyyətdən yayınmaq üçün edilən mənasız cəhddən başqa bir şey deyil”,-Fuad Ələsgərov ermənilərin müharibə və terror cinayətərinə "stop” həştəqi ilə tvit yazıb. (Virtualaz.org)