Futbol üzrə Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib.
	
Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
 
	
Həlledici qarşılaşma əvvəlcədən müəyyən olunduğu kimi iyunun 1-də baş tutmayacaq. Həmin tarixdə Bakıda minifutbol üzrə dünya çempionatının finalı keçiriləcəyi üçün ölkə kubokunun görüşü 1 gün əvvələ - mayın 31-nə təsadüf edəcək. 
	
Matç öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.
             
            
Şərhlər